Ceyhun Bayramov Çavuşoğlu ilə regional məsələləri müzakirə edəcək

11 Avqust, 2020 10:19 | Siyasət | Baxış sayı: 11
Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çərşənbə axşamı Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

İstiPress-in məlumatına görə, C.Bayramov türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə ikitərəfli və regional məsələlər, eləcə də qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparacaq.

“Səfər çərçivəsində Bayramovun Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur”, - XİN-dən məlumat verilir.

Bu, iyulun 16-da C.Bayramovun XİN-in başçısı təyinatından sonrakı ilk səfəridir.