Ceyhun Bayramov Ankarada Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərini açıqladı

11 Avqust, 2020 14:41 | Siyasət | Baxış sayı: 40
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu

“Azərbaycan və Türkiyənin birliyi əbədidir və biz gələciyimizi bu möhkəm zəmin üzərində qururuq”.

İstiPress-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə bildirib. 

Ankarada Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov çıxışında Azərbaycanın Türkiyə və türk xalqının yanında olduğunu vurğulayıb: "Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır”.

"Türkiyə ilə münasibətlərin genişlənməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir. Bu münasibətlərin inkişafında iki ölkə rəhbərinin şəxsi dostluq münasbətləri, aralarındakı səfərlər xüsusi önəm kəsb edir. Bu gün hərtərəfli dinamik inkişafın müzakirəsi aparıldı. Çoxsaylı enerji və nəqliyyat məsələləri müzakirə edilib", - nazir deyib.