Belarus müxalifətinin lideri Litvaya qaçdı

11 Avqust, 2020 11:23 | Siyasət | Baxış sayı: 60
Svetlana Tixanovskya
Svetlana Tixanovskya

Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır.

İstiPress-in məlumatına görə, bu barədə Litvanın Xarici İşlər nazir Linas Linkeviçius "Twitter"də yazıb.

 "Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır", - XİN başçısı qeyd edib.

Qeyd edək ki, avqustun 10-da axşam Svetlana Tixanovskayanın qərargahı Belarus MSK-ya baş çəkəndən sonra onun yoxa  çıxdığını bəyan etmişdi. Düzdür, gecəyə yaxın Tikhonovskaya tərəfdarları ilə rabitə əlaqəsi saxlamışdıdı, lakin onun yeri açıqlanmamışdı.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz olaraq aksiyalar keçirilib, vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.