Putin Rusiya müsəlmanlarını təbrik etdi

11 Avqust, 2019 12:56 | Siyasət | Baxış sayı: 43
Vladimir Putin - Rusiya prezidenti
Vladimir Putin - Rusiya prezidenti

"Rusiya müsəlmanları atalarının və babalarının zəngin mədəni və mənəvi irsini qoruyur"

Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə Rusiya müsəlmanlarını təbrik edib.

İstiPress-in məlumatına görə, Putin təbrikində müsəlman təşkilatların ölkədə millətlərarası və dinlərarası dialoqun qorunmasına verdiyi töhfəni qeyd edib.

"Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Rusiya müsəlmanları atalarının və babalarının zəngin mədəni və mənəvi irsini qoruyur və gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər", - deyə V.Putin təbrikində vurğulayıb.