Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

11 Avqust, 2019 14:22 | Siyasət | Baxış sayı: 47
Mehriban Əliyeva
Mehriban Əliyeva

"Allah dualarınızı qəbul etsin!"

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İstiPress-in məlumatına görə, onun "İnstagram" səhifəsində paylaşdığı təbrikdə deyilir: "Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm. Allah dualarınızı qəbul etsin!"