Trampın zərbəsindən sonra Ərdoğandan sürpriz zəng

11 Avqust, 2018 09:50 | Siyasət | Baxış sayı: 527
R.T.Ərdoğan
R.T.Ərdoğan

İki lider ticari əlaqələrdən danışıblar

Ötən gün ABŞ prezidenti Donald Trampın Türkiyə ilə bağlı verdiyi gözlənilməz qərardan sonra bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan  rusiyalı həmkarı Vladimir Putinə zəng edib. İki lider arasında telefon danışığı olub.

Dövlət başçıları iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafından danışıblar. Onlar münasibətlərin səviyyəsindən məmnun olduqlarını dilə gətiriblər. 

Prezidentlər Suriya ilə bağlı məsələləri də müzakirə ediblər. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.