Paşinyan ruslara yalvarmağa başladı

11 Avqust, 2018 10:13 | Siyasət | Baxış sayı: 329
Nikol Paşinyan
Nikol Paşinyan

“İndi Ermənistanda vəziyyət başqa cürdür"

Ermənistanın baş naziri Rusiya XİN başçısı Sergey Lavrovun dediklərini şərh edib. Paşinyan indi Rusiyanı sakitləşdirmək qərarına gəlib. “İndi Ermənistanda vəziyyət başqadır. Biz hamımız ona adaptasiya olmalıyıq. O cümlədən rusiyalı partnyorlarımız”.

Rusiyalı nazir bir neçə gün öncə verdiyi açıqlamasında Ermənistandakı vəziyyətin Rusiyanı narahat etdiyini bildirmişdi. O, qeyd edib ki, ölkədə baş verən hadisələrlə yeni rəhbərliyinin bəyanatları ziddiyət təşkil edir.

Əslində isə hər şey başqa cürdür. Rusiyanın məşhur hərbi nəşrlərindən biri ölkə rəhbərliyini Ermənistana müasir silahları kreditlə satmamağa çağırıb. Bu adıçəkilən respublikanın iki stolda oturmağa çalışması ilə bağlıdır. Erməni baş nazir danışanda Rusiyanı yaxın tərəfdaşı hesab edir, eyni zamanda qərblə, ABŞ və NATO ilə çox yaxın münasibət qurmağa çalışır.

İrəvanaın siyasətinin dəyişməsinin hətta beynəlxalq ekspertlər də fərqinə varıblar.

Nəşr qeyd edir ki, ölkə rəhbərliyi kreditlər yeni silah satışından imtina etsin. Ələxsus da tarixi təcrübə göstərir ki, kredit alan ölkələr iqtisadi səbəblərə görə adətən bu pulu ödəməkdən imtina edir və ya bunu ümumiyyətlə borc hesab etmirlər. Ermənistandan hər şey gözləmək olar.