Müdafiə naziri Moskvaya uçdu

11 Avqust, 2017 11:57 | Siyasət | Baxış sayı: 318
Zakir Həsənov - Azərbaycan müdafiə naziri
Zakir Həsənov - Azərbaycan müdafiə naziri

Zakir Həsənovu Şoyqu dəvət edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyaya səfər edib. Müdafiə nazirliyindən İstiPress-ə verilən məlumata görə, nazirin Moskvaya səfəri rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutur. 

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.