Türkiyə aşıq, şair və yazıçıları bu şimal rayonunda oldu

11 İyul, 2019 17:34 | Siyasət | Baxış sayı: 142

Avrasiya Sənət Kültur, Ədəbiyyat və Bilim Dərnəkləri Federyonun təşkilatçılığı ilə

Avrasiya Sənət Kültur, Ədəbiyyat və Bilim Dərnəkləri Federyonun təşkilatçılığı ilə Qusarda dostluq görüşü keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, 40 nəfərlik nümayəndə heyətinin tərkibində Türkiyədən olan aşıq, şair, yazıçı və mədəniyyətin digər sahələri üzrə qonaqlar olub.

Qonaqlar Qusar şəhərinin Dövlət Bayrağı Meydanında milli rəqslərlə qarşılanıb. Xaçmaz regional mədəniyyət idarəsinin Qusar rayonu üzrə rəhbəri David İbramxəlilov türkiyəli qonaqları salamlayaraq iki xalqın qədim dostluq ənənələrindən danışıb.

Sonra görüş general Mahmud Əbilov adına meydanda davam edib. İştirakçılar müxtəlif millu folklor nümunələri və rəqslərə maraqla tamaşa ediblər. Sonra türkiyəli qonaqlara xatirə hədiyyələri və diplomlar verilib.