"Rustavi-2"nin başçısı Putinin mövqeyinə söyüşlə cavab verdi

11 İyul, 2019 10:40 | Siyasət | Baxış sayı: 373
Vladimir Putin Ermənistanın 5 rayonu qaytarmasını tələb edir
Vladimir Putin Ermənistanın 5 rayonu qaytarmasını tələb edir

Nikoloz Qvaramiya: "Tüpürüm "Borjomi"yə də, şəraba da"

"Rustavi-2" kanalının baş direktoru Nikoloz Qvaramiya Vladimir Putinin Tbilisiyə qarşı sanksiyaları dəstəkləməməsi barədə açıqlamasına söyüşlə cavab verib.

İstiPress-in "RİA Novosti"yə istinadən məlumatına görə, Nikoloz Qvaramiya deyib: "Tüpürüm "Borjomi"yə də, şəraba da.  Kiminsə "Borjomi", şərab və "Nabeglavi"ni Rusiyaya satmasına görə, bəlkə, deyim Putin yaxşıdır?" 

Nikoloz Qvaramiya
Nikoloz Qvaramiya

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxmışdı.

“Mən bunu məhz gürcü xalqına hörmətimə görə etməzdim”, - deyə Rusiyanın dövlət başçısı jurnalistlərə bildirib.

Bir qədər əvvəl Rusiya parlamentinin aşağı palatası Gürcüstana qarşı məhdudiyyət tədbirlərinin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. Buna, “Rusiya əleyhinə bitmək bilməyən təxribatlar” səbəb olub.

Prezident, həmçinin onu təhqir edən gürcü jurnalistə qarşı cinayət işinin açılması məsələsinə də münasibət bildirib. “Hər hansı cinayət işinin açılması ona şərəf gətirərdi. Qoy yayımını davam etdirsin”, - deyə Putin əlavə edib.

Xatırladaq ki, iyulun 7-də Gürcüstanın Rustavi-2 telekanalının aparıcısı Georgi Qabuniya özünün müəllif proqramında Rusiya Prezidenti Vladimir Putinin və valideynlərinin ünvanına təhqiredici ifadələr səsləndirib.

Moskva və Tbilisi arasında gərgin münasibətlər davam edir. Bu yaxınlarda Gürcüstanda Rusiya əleyhinə keçirilən aksiyalar iki ölkə arasında aviasiya əlaqəsinin dayanmasına səbəb olub.