NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

11 İyul, 2019 09:57 | Siyasət | Baxış sayı: 96
Tod Voters
Tod Voters

General Tod Volters general-polkovnik Nəcməddin Sadıkovla görüşündə deyib

"NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir".

İstiPress-in məlumatına görə, bunu Bakıda işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla görüşündə deyib.

"Alyans Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır", deyə T.Volters bildirib.