Moskvada partlayış - xəsarət alanlar var

11 İyul, 2019 14:59 | Siyasət | Baxış sayı: 176

Yanğın baş verib

Moskva vilayətində yerləşən Mıtişi rayonunda “Severnaya” İstilik Elektrik Mərkəzində yanğın baş verib.

İstiPress-in “Gazeta.ru”ya istinadən məlumatına görə, şahidlərin partlayış səsləri də eşidiblər.

Bildirilib ki, “Severnaya” İstilik Elektrik Stansiyasında yanğın olub. Bu stansiya Moskva vilayəti Mıtişi şəhər dairəsinin Çelobitevo kəndində yerləşir. Onun yaxınlığında “İyun” ticarət mərkəzi də var.

Yanğın nəticəsində 7 nəfər xəsarət alıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.