İran katerləri Britaniya tankerinə hücum etdi

11 İyul, 2019 11:23 | Siyasət | Baxış sayı: 79
İran hərbi kateri
İran hərbi kateri

Böyük Britaniyanın Kral Dəniz Donanmasının freqatı işə qarışıb

Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) beş kateri Böyük Britaniyaya məxsus tankeri dayandırmağa çalışıb.

İstiPress “news.ru”ya istinadən xəbər verir ki, məlumatı ABŞ administrasiyasındakı mənbə yayıb.

Tanker Fars körfəzini tərk edən zaman beş kater ona yaxınlaşıb.

Ekipaja kursun dəyişdirilməsi və tankerin İranın ərazi sularında dayandırılması əmri verilib.

Lakin tankeri müşayiət edən Böyük Britaniyanın Kral Dəniz Donanmasının freqatı iranlı dənizçilərin dərhal geri qayıtmalarını və tankerə mane olmamalarını tələb edib. İran katerləri geri dönməyə məcbur olub.