İlham Əliyev NATO-nun Avropadakı Ali Komandanının qəbul edib

11 İyul, 2019 09:42 | Siyasət | Baxış sayı: 30
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Tod Voltersın başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İstiPress-ə Bu barədə Prezidentin Mətbuat xidmətindən  məlumat verilib.

Söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olundu.

Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edildi.