Dağlıq Qarabağda gözlənən alov

11 İyul, 2019 11:55 | Siyasət | Baxış sayı: 929
Samvel Babayan qanunsuz silah alverinə görə tutulan zaman
Samvel Babayan qanunsuz silah alverinə görə tutulan zaman

Bölgəni Rusiyaya təhvil vermək istəyən qüvvələr fəallaşıb

Dağlıq Qarabağda tezliklə çox isti olacaq. 

Bu barədə erməni qəzeti “Past” yazır. Qəzet bildirir ki, işğal rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayan mövcud olmayan dövlətin “prezidenti” olmaq fikrinə düşüb.

Məsələ bundadır ki, işğal zonasında qəbul edilmiş “konstitusiya” ona gələnilki “prezident seçkilərində” iştirak hüququ vermir. Ona görə, bu keçmiş hərbçi “konstitusiyanın” dəyişdirilməsi ilə bağlı Qarabağda bir sıra aksiyalar keçirmək fikrinə düşüb.

Qəzet yazır ki, bu günə kimi artıq 15 min səs toplanıb və burda müxtəlif manipulyasiyaların da rolu az deyil. Bu, dağlıq bölgənin idarə edənlər və güc qrupları artıq bəyan ediblər ki, mümkün ola biləcək qarışıqlıqların qarşısını almaq üçün bu tədbirlərə qarşı getməyə hazırdırlar.

Yəni “Past”ın yazdığına görə, burda tezliklə isti olacaq. Rəsmi İrəvan yaxın başqa KİV-lər iddia edirlər ki, Samvel Babayan Qarabağda qarışıqlıq yaratmaq iəstgyir. Keçmiş “nazirin” əsas məqsədi odur ki, münaqişəni  Qarabağın Rusiyanın mandatı altına verilməsi yolu ilə həllinə çalışır.

Yada salaq ki, son zamanlarda Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Qarabağda əksiqnlab ocaqları yetişir. Buna görə də baş nazir bura öz adamını yenrləşdirmək isətyir. Buna isə güclü Qarabağ klanı mane olur.