Rəsmi Bakıdan oğlu Qarabağa gedən Paşinyana cavab

11 İyul, 2018 11:40 | Siyasət | Baxış sayı: 103
Hikmət Hacıyev - XİN-in mətbuat katibi
Hikmət Hacıyev - XİN-in mətbuat katibi

"Bu siyasi şoudur"

“Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi siyasi şouya çevrilib”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın öz oğlunu işğal olunmuş ərazilərdə hərbi xidmət keçmək üçün göndərməsi məsələsini şərh edərkən bildirib.Onun sözlərinə görə, Paşinyan rejimi bununla reytinqini yüksəltməyə çalışır.

"Ermənistan vətəndaşının Azərbaycan ərazisində xidmət keçməsi işğal deməkdir və bu əməllər regionda sülhün təminatına xidmət etmir.

Paşinyan hökumətinin yüz günü yaxınlaşır. Bu yüz gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqlərini saxlamaq istəyirlər”.

XİN rəsmisi bu gün axşam saatlarında Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcəyini də xatırladıb. O, hələlik Azərbaycan və Ermənistanın 1-ci şəxslərinin görüşü gündəlikdə olmadığını bildirib.