Paşinyandan yeni yalan?

11 İyul, 2018 14:25 | Siyasət | Baxış sayı: 81
Nikol Paşinyan
Nikol Paşinyan

Korrupsiya əməliyyatından gələn pullar

Brüsseldə keçirilən NATO sammiti çərcivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkə əhalisinin əhvalını qaldırmağa qərar verib. O bildirib ki, yeni hakimiyyət korrupsiya ifşaları sayəsində bir neçə milyon dollarlıq ziyanın qarşısını ala bilib.

Xatırladaq ki, baş nazirin nümayəndəsi də bir neçə gün bundan öncə bənzər açıqlama vermişdi. O, əməliyyatlardan sonra 18 milyard dramın dövlət büdcəsinə geri qaytarıldığını elan edib. Bu isə yoxsul erməniləri çox sevindirib. Onlar bu sayədə həm maaş, həm də pensiyalarında artım olacağına ümid etməyə başlayıblar. 

Lakin sadə xalqın sevinci qısa sürüb. Maliyyə Nazirliyinin nümayəndəsi rəsmi şəkildə elan edib ki, büdcəyə heç bir vəsait daxil olmayıb.

İndi ermənilər baş nazirin bəyanatına da nazirlikdən açıqlama gözləyirlər. Paşinyanın dediyi doğudur yoxsa növbəti piar gediş?

Erməni skeptiklər isə iddia edirlər ki, Amerika valyutası çoxdan ölkədən “qaçıb”. Onu axtarıb geri qaytarmaq isə mümkün deyil.