Paşinyan Rusiyaya “Davay, do svidaniya!” deyəcək

11 İyul, 2018 20:20 | Siyasət | Baxış sayı: 557
Paşinyan və Putin
Paşinyan və Putin

Ermənilərin yeni qorxusu

Ermənilər Nikol Paşinyanın  Brüsselə – NATO sammitinə bu gün etdiyi səfərə xüsusi önəm veridilər.

İstiPress-in məlumatına görə, 22 nəfərlik nümayəndə heyətinə Paşinyanla yanaşı başq nazirin müavini Mher Qriqoryan, baş nazirin müşaviri Arsen Xaratyan, müdafiə naziri David Tonoyan, təhsil naziri Araik Arutunyan, xarici işlər naziri Zohrab Mnasakanyan daxildir.

Əksər erməni ekspertlər səfər öncəsi eyforiya içində idi - axır ki, Ermənistan qlobal  təhlükəsizlik sisteminə qoşulur, yaxud Ermənistan Qafqazda NATO-ya ən yaxın ölkədir (bəs, Gürcüstan nədir???) və sair və ilaxır.  "ArmenianReport"da bununla bağlı məqalə yazmış şərhçi Tevos Arşakyan bu eyforiyanın səbəbini 2016-cı ildə baş vermiş aprel döyüşləri ilə izah edir: “KTMT Azərbaycanın təcavüzkar hücumları (???) zamanı öz bacarıqsızlığını göstərdi”.

Arşakyanın fikrincə, aprel döyüşlərindən sonra 2016-cı ildə NATO sammitinə qoşulmuş Serj Sarkisyanın  Rusiyaya “Davay, do svidaniya!” (Xudahafiz – red) deməyə cürəti çatmadı, amma Paşiyanın cürəti çatacaq, çünki o, erməni xalqını təmsil edir. Qəribə məntiqdir, ermənilər Rusiyanın patronajı altında olan KTMT blokundan tələb edirlər ki, Ermənistanın hüquqi sərhədlərindən kənarda apardığı işğalçılıq siyasətinə dəstək versin. Sanki beynəlxalq hüquqdan xəbərləri yoxdur və ya özlərini orta əsrlərin xaçlı yürüşlərinin xristian həmrəyliyi dünyasında hiss edirlər. Bəlkə də, NATO-nu xristian klubu sayıb Azərbaycan torpaqlarını işğal etməkdə onlardan dəstək umurlar.

Sammitin nə ilə nəticələnəcəyi yaxın günlərdə aydın olacaq. Amma gələn ilkin sədalardan belə görünür ki, ermənilərin ümidləri puç çıxıb. Çünki bir-iki saat qabaq elə həmin “ArmenianReport”da  digər müəllif Ramella Mnasakanyan  NATO-nu tənqid edən məqalə yazıb və erməniləri NATO-ya bel bağlamamağa çağırıb. Xanım yazarı birinci qane etməyən məsələ NATO-nun ən güclü ordularından birinin Ermənistanın divar qonşusu Türkiyəyə məxsus olmasıdır. Yəni Ermənistan onda ilk növbədə Türkiyədən kömək gözləsin. İkinci məsələ isə Ramellanı lap özündən çıxarıb:  Sən demə, NATO-nun xaçpərəst böyükləri müsəlman Türkiəsini məcbur etməli imişlir ki, Ermənistan sərhəddini açsın, etməyiblərsə, deməli, pis adamdırlar.