Bu gün Azərbaycan-Ermənistan görüşü olacaq

11 İyul, 2018 09:30 | Siyasət | Baxış sayı: 65
Belçika
Belçika

XİN rəhbərləri bir araya gələcək

Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsidir. 

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Endrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Xatırladaq ki, bu gün Brüsseldə NATO-nun Zirvə toplantısı başlayır. Artıq prezident İlham Əliyev də sammitdə iştirak etmək üçün Belçikaya gedib.