Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın prioritetləri barədə sənəd paraflanıb

11 İyul, 2018 14:43 | Siyasət | Baxış sayı: 34

Görüş Brüsseldə baş tutub

Brüsseldə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın prioritetləri barədə sənədin paraflanması mərasimi keçirilib.

Məlumatı Avropa İttifaqının mətbuat xidməti yayıb. 

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirak ediblər.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini imzalayıblar.

Sənədin paraflanması ilə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın prioritetləri barədə sənədin mətni üzrə danışıqlar yekunlaşıb.  

İlham Əliyev Aİ Şurasının prezidenti ilə
İlham Əliyev Aİ Şurasının prezidenti ilə

13:42

NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edən prezidenti İlham Əliyev görüşlərə başlayıb.

Bu gün dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə bir araya gəlib.

İ.Əliyevin səfəri NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə baş tutub.