Azərbaycan İsraillə yeni növ PUA-lar istehsal edəcək

11 İyul, 2018 13:49 | Siyasət | Baxış sayı: 243

Bakıda imzalanan anlaşma

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə İsrailin “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.

İstiPress Müdafiə Sənayesi Nazirliyinə istinadən bildirir ki, iyulun 11-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış “AZAD Systems” müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışılıb.