Almaniya ABŞ-ı susdurdu

11 İyul, 2018 16:01 | Siyasət | Baxış sayı: 149
Donald Tramp və Angela Merkel
Donald Tramp və Angela Merkel

"Rusiyanın əsiridir" deyən prezidentin cavabı gecikmədi

Almaniya kansleri Angela Merkel ölkəsini tənqid edən ABŞ-ın cavabını verib. İstiPress-in məlumatına görə, Merkel ölkəsinin müstəqil olduğunu, öz qərarlarını da heç kimdən asılı olmadan qəbul etmək itidarında olduğunu qeyd edib.

"Biz azad şəkildə birləşmiş Federal Almaniya Respublikasıyıq. Bunun üçün də heç kimdən asılı olmayan siyasət yürdüb, müstəqil qərar verə bilirik".

NATO-nun baş katibi də Belçika zirvəsindən öncə jurnalistlərə açıqlama verib. O, Donald Trampın enerji məsələsinə görə Almaniyanın Rusiyadan asılı vəziyyətə düşməsi barədə bəyanatını şərh edib. "Şimal Axını boru xətti Almaniyanın milli məsələsidir. NATO-nu maraqlandırmır".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp NATO-nin Zirvə toplantısında iştirak etmək üçün getdiyi Belçikanın paytaxtında Almaniyaya qarşı sərt çıxış edib.  

"Avropanı Rusiyadan qorumalı olduğumuz deyilir. Onda nə üçün NATO ölkələri enerji üçün Rusiyaya milyardlarla dollar ödəyir? Almaniya Rusiyaya böyük ödənişlər edir. Bunun üçün də o Rusiyanın əsiridir".