Qəbələdə 3 nazir görüşəcək

11 İyun, 2019 10:27 | Siyasət | Baxış sayı: 49
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları

Müdafiə nazirləri sabah bir araya gələcəklər

Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş sabah baş tutacaq. 

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.