Paşinyandan Sarkisyana daha bir zərbə

11 İyun, 2019 13:41 | Siyasət | Baxış sayı: 111
Nikol Paşinyan
Nikol Paşinyan

Keçmiş iki nazirə cinayət işi açıldı

Ermənistanın keçmiş Maliyyə və Kənd Təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb.Onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə güzəştli qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb.

KİV-in yazdığına görə, keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurublar. Zərərin böyük hissəsi artıq ödənilib.

Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi də öz öhdəsinə götürüb.