Üçüncü artıqdır

11 İyun, 2018 11:35 | Siyasət | Baxış sayı: 225
İrəvanda aksiya
İrəvanda aksiya

Paşinyan ermənilərə izahat verməli olacaq

Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ barədə öz bəyanatında elə səhvlər buraxıb ki, indi ermənilər Bakının əlinə fürsət verdiyi üçün ondan izahat tələb edirlər. Onun Qarabağın da danışıqlarda tərəf olması barədə dediklərində bir ifadə yer alıb. “Ermənistan münaqişə tərəfidir” . Yəni 30 ildə ilk dəfə olaraq baş nazir Azərbaycanın mövqeyi ilə razı olduğunu açıqlayıb. Axı bu vaxta kimi Ermənistan deyirdi ki, İrəvan Qarabağda təhlükəsizliyin zəmanətçisi və danışıqlar prosesində partnyordur.

Paşinyanın tərəfdarları onun etirafının hansı nəticələrə səbəb ola biləcəyini yaxşı bilirdilər. Amma buna baxmayaraq dediklərinə göz yummağa üstünlük verdilər - heç nə olmaz...

Amma fırtına gözlənilməyən yerdən başladı. Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan Paşinyanaın çıxışını cümləbəcümlə təhlil edib. Yumşaq desək o, bu bəyanatı qeyri-səlis adlandırıb. Sarkisyan açıq-aşkar bildirib ki, ermənilərin yeni liderinin dedikləri bir-biri ilə uyğun gəlmir. “Onun üçün çox həyəcanlı siqnaldır”.

Qarabağ həqiqətən də danışıqlar masasına otura bilər. Amma bir şərtlə. İrəvan bütün silahlı qüvvələrini oradan çıxaracaq və danışıqlar masasını tərk edəcək. Bakı özü qarabağlılarla işini həll edəcək. Yəqin ki, üçüncü həmişə artıqdır sözünü boş yerəı deməyiblər.