Prezidentin maşın yanında qaçan cangüdənləri VİDEO

11 İyun, 2018 10:12 | Siyasət | Baxış sayı: 299
Kim Çen Inın cangüdənləri
Kim Çen Inın cangüdənləri

Kim Çen In zirehli maşında özünü belə qoruyur

ABŞ prezidenti Donald Trampla görüşmək üçün Sinqapura gedən Şimali Koreya lideri Kim Çen In yenə gündəm olmağı bacarıb. Bu dəfə də KXDR lideri öz məşhur qaçan cangüdənləri ilə görüntülənib.

İstiPress-in məlumatına görə, prezident Sinqapur küçələrində öz limuzini ilə hərəkət edib. Maşının ətrafında isə isə onun cangüdənləri qaçıblar. Cangüdənlər zirehli maşın ətrafında ətdən divar yaradıblar. 

Bənzər hadisə o, bir müddət öncə Cənubi Koreya prezidenti ilə görüşə gedərkən də baş vermişdi. 

Xatırladaq ki, prezidentlərin tarixi görüşü sabah baş tutmalıdır.