Paşinyanın Putindən aldığı qoşa zərbə

11 İyun, 2018 20:48 | Siyasət | Baxış sayı: 1189
Nikol Paşinyan və Vladimir Putin
Nikol Paşinyan və Vladimir Putin

Rusiya lideri peşəkar döyüşçü kimi nokauta salmaq bacarığı göstərdi

Rusiya prezidenti Vladimir Putin futbol üzrə dünya çempionatının açılışını bəhanə edərək Moskvaya getmək istəyən Nikol Paşinyan üçün iki xoş olmayan sürpriz hazırlayıb.

İstiPress-in məlumatına görə, ermənilər üçün birinci xoş olmayan sürprizi Rusiyanın istehlak bazarına nəzarət edən qurumu - "Roskomnadzor" hazırlayıb.

Məsələ bundadır ki, Ermənistanın Birinci internet televiziyası Rusiyanın tanınmış jurnalisti, "Rosneft" şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyevi məhkəməyə vermişdi. Səbəb kimi Mixali Leonteyvin "Komsomolskaya Pravda" radiostansiyasının efirində aprelin 26-da və mayın 3-də Ermənistan barədə  işlətdiyi sözlər olmuşdu.

Leontyev bildirmişdi ki, Ermənistan tarixi, siyasi, fiziki və maddi cəhətdən Rusiya üçün yükdür: "Bu yük əvvəldən var. Əgər onlar ayrılmaq istəyirlərsə, onda gəlin hər şeyə son qoyaq. Onlar hazırda son bəyanatına kimi, hansı ki digər bəyanatlarının əksidir, siyasi karyerasını ayrılmaq məsələsi üzərində quran adam üçün mitinq keçirirlər. Bu, onun siyasi nümayişlərinin əsas mənası idi. Əgər onlar ayrılmaq istəyirlərsə, onda buyursunlar və qardaş Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoysunlar".

Onun sözlərinə görə, Rusiya özü Ermənistanı satmayacaq: "Biz özümüz bunu heç vaxt etməyəcəyik. Çünki biz satqın deyilik. Siz bizdən başqa heç kimə lazım deyilsiz. Bizim dəstəyimiz və mövcudluğumuz hesabına mövcud olan millət bizi satqınlıqla şantaj etməyə hüququ yoxdur. Əgər kimsə balaca ağzını açıb belə bir şey söyləyəcəksə, onda o, bu faktı başa düşməlidir ki, onların belə haqqı yoxdur. Biz olmasaydıq, fiziki cəhətdən nə bir erməni olardı, nə də Ermənistan. Təbiətdə erməni olmazdı, ola bilməzdi".

Ermənistanın “Aravot” portalının yazdığına görə, "Roskomnadzor" şikayəti araşdırıb və jurnalist efirdə erməniləri təhqir edəcək heç bir söz işlətməyib. Düzdür, ermənilər Leontyevi sırf Azərbaycanı qardaş adlandırdığı üçün məhkəməyə vermişdilər, amma o da ermənilər baradə “kolbasa ilə sürüşün” və s. kimi təhqramiz ifadələr işlətmişdi. Göründüyü kimi, Rusiya rəhbərliyi bu ifadələri görməməyə üstünlük verib.

Putinin Paşinyanı nokauta salmaq niyyətinin ikinci zərbəsi Belarusdan gəldi.  Belarus  Azərbaycanın almaq üçün bir il danışıqlar apardığı “Polinez” raketlərini satışına razılıq verdi. Bu silahlar Ermənistanın Rusiyadan aldığı “İsgəndər” raketlərinə qarşı nəzərdə tutulub. Erməni jurnalist Hraçya Qalustyan “Armenianreport”da yazdığı məqalədə bunda Rusiyanın barmağı olduğunu vurğulayır: “Sən demə, Moskva ilə Minski yaxınlaşdıran məsələlər də var. Bu, Bakının xeyri üçün Ermənistanı satmaqdır”.