Paşinyan yenə Putinin yanına gedir

11 İyun, 2018 09:30 | Siyasət | Baxış sayı: 85
Nikol Paşinyan
Nikol Paşinyan

Səfər proqramı açıqlanmayıb

Qərb meyilli möveyi ilə seçilən Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiyaya gedir. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, səfər bu həftə baş tutmalıdır. Bu barədə jurnalistlərə XİN rəhbəri Zoqrab Mnatsakanyan məlumat verib. 

Nazir baş nazirin səfər proqramının detallarını açıqlamayıb. 

Xatırladaq ki, bu həftə Moskvada futbol üzrə Dünya Çempionatının açılışı baş tutacaq. 

N.Paşainyan may ayında Ermənistanda uzun müddət davam edən etiraz aksiyalarından sonra baş nazir seçilib. Nazir postunu tutduqdan sonra o  Soçidə Rusiya lideri Vladimir Putinlə bir araya gəlmişdi.