Kim Trampı ölkəsinə çağırdı

11 İyun, 2018 09:17 | Siyasət | Baxış sayı: 65
ABŞ və KXDR prezidenti
ABŞ və KXDR prezidenti

Hər şey yaxşı olarsa...

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib. İstiPress-in məlumatına görə, Cənubi Koreya qəzeti "Çuan İlbo" məlumat yayaıb. 

Adı açıqlmayan mənbənin verdiyi məlumata görə, bu barədə Şimali Koreyanın Əmək partiyasının sədr müavinin iyun ayının 1-də Traampa yazdığı məktubda qeyd edilib. O, KXDR ilə ABŞ arasında dialoqun davam etdirmək niyyətində olduqlarını qeyd edib. 

"Kiodo" agentliyi isə qeyd edib ki, əgər ikinci raud danışıqları uğurlu olarsa, növbəti görüş sentyabrda Vaşinqtonda baş tuta bilər.

Xatırladaq ki, ABŞ prezidenti ilə Şimali Koreya lideri arasındakı tarixi görüşün ilk mərhələsi sabah Sinqapurda baş tutmalıdır. Artıq hər iki lider görüşün keçiriləcəyi ölkədədir.