İlham Əliyev DÇ-yə baxmaq üçün Moskvaya gedir

11 İyun, 2018 13:25 | Siyasət | Baxış sayı: 119
İlham Əliyev səfər etdi
İlham Əliyev səfər etdi

Paşinyan da prezidentlə eyni tədbirdə olacaq

Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya gedir. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, dövlət başçısı Moskvada keçiriləcək Dünya Çempionatının açılış mərasiminə qatılacaq.

Mərasimdə iştirak etmək üçün Ermnənistanın baş naziri Nikol Paşinyan da Moskvaya gedəcək. Bu Azərbaycan və Ermənistan rəhbərlərinin ilk qarşılaşaması olacaq.

Açılış mərasimi iyunun 14-də "Lujniki" stadionunda olacaq. İlk matç Rusiya ilə Səudiyyə Ərəbistanı yığması aasında keçiriləcək.

Çempionat iyulun 15-dək davam edəcək. Oyunlar isə Moskva, Sankt Peterburq, Soçi, Samara, Yekatrinburq və s iri şəhərlərdə olacaq.