Ermənistanda rahiblər də davaya çıxdılar

11 İyun, 2018 12:45 | Siyasət | Baxış sayı: 98
II Qaragen
II Qaragen

Bu dəfə Qaragenin istefasını tələb edənlərlə tərəfdarları üz-üzə gəlib

Bütün ermənilərin katalikosu II Qaragenin istefasını tələb edənlərlə Qaragenin yolu kəsişib. İstiPress-in "Sputnik"in erməni versiyasına istinadla verdiyi məlumata görə, etirazçılarla din xadimi İrəvandakı ən böyük kilsədə - Subr Qriqor Lusavoriçdə üz-üzə gəliblər.

Din xadimlərinin qarşılaşaması dava ilə nəticələnib. Şahidlərin sözlərinə görə, dini ayin zamanı kilsənin həyətində "get" şüarı səslənməyə başlayıb.

Buna cavab olaraq kilsədə toplaşanlar da katalikosa dəstək nümayiş etdiriblər. Lakin etirazçılar onlardan daha güclü çıxıblar. Tərəflər arasında mübahisə əlbəyaxa davaya kimi uzanıb. Onların arasında keşişlər də olub. 

Qaragen isə kilsəni özünün zirehli "Mercedes S500 W221"i ilə tərk edərək hadisə yerindən uzaqlaşıb.