Vahid Mustafayev Ulu Öndər Heydər Əliyevin nadir videosunu paylaşdı - VİDEO

11 May, 2020 10:49 | Siyasət | Baxış sayı: 351
Vahid Mustafayev Heydər Əliyevə ANS-in "İlin Adamı" mükafatını təqdim edərkən
Vahid Mustafayev Heydər Əliyevə ANS-in "İlin Adamı" mükafatını təqdim edərkən

"Azərbaycanımızın Mediası üçün çox vacib nəsiyyətlər var burda!"

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Ulu Öndər Heydər Əliyevin 18 il öncəyə aid görüntüsünü paylaşdı. 

İstiPress-in məlumatına görə, Vahid Mustafayevin öz "Facebook" səhifəsində etdiyi paylaşım bu sözlərlə başlayır: 

HEYDƏR BABA, BU GÜN SƏNİN 97-Cİ AD GÜNÜNDÜR! 

2002-cı ildə Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu səni layiqincə 2002-ci ilin adamı seçdi.
Mərasimdəki çıxışında qardaşımız Çingiz, ANS, Ailəmiz haqqında və ümumiyyətlə Azərbaycan və onun inkişafı haqda səsləndirdiyin dəyərli ifadələr və nəsihətlərinə görə dərin təşəkkürümüzü bildiririk. Həyat çətindir, amma bu müvəqqəti çətinliklərə və heç nəyə baxmayaraq biz ANS-çilər sənin nəsihətlərinə indi də sadiqik!
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN!

PS. Əziz oxucularımdan xahiş edirəm, bu vacib çıxışı sonacan izləsinlər - Azərbaycanımızın Mediası üçün çox vacib nəsihətlər var burda! Şəhriyarın HEYDƏR BABAYA SALAM şeiri ilə Sizi tək buraxıram!

Heydər Baba, kəkliklərin uçanda
Kol dibindən dovşan qalxıb qaçanda
Bağçaların çiçəklənib açanda
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə...

Heydər Baba, gün dağını dağlasın
Üzün gülsün, bulaqların ağlasın
Uşaqların bir dəstə gül bağlasın
Yel gələndə ver gəlsin bu yana
Bəlkə mənim yatmış bəxtim oyana...

Heydər Baba, igid əmək itirməz
Ömür keçər, əfsus, belə bitirməz
Namərd olan ömrü başa yetirməz
Biz də vallah unutmarıq sizləri
Görəməsək, halal edin bizləri...

Heydər Baba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sərnöyüştün yazdırıb,
Salıb xalqı bir birinin canına
Barışığı bələşdirib qanına.

Göz yaşına baxan olsa, qan axmaz
İnsan olan xəncər belinə taxmaz
Amma, heyif, kor tutduğun buraxmaz
Behiştimiz cəhənnəm olmaqdadır
Zilhəccəmiz məhərrəm olmaqdadır...