Azərbaycan hərbi helikopterləri Türkiyəyə göndərdi

11 May, 2019 16:43 | Siyasət | Baxış sayı: 146
Təlim
Təlim

Aviasiya vasitələri təlimə qatılacaqlar

Mayın 13-dən başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Hərbi təlim mayın 24-dək davam edəcək. Təlimdə HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.