Putin Ərdoğana zəng etdi

11 May, 2018 08:22 | Siyasət | Baxış sayı: 134
Vladimir Putin
Vladimir Putin

Prezidentlər ABŞ-ın təhlükəli addımından danışıblar

Rusiyanın dövlət başçısı Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla  arasında telefon danışığı olub. İstiPress-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki liderin əsas müzakirə mövzusu ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması olub. Onlar bunun yanlış addım olduğunu qeyd ediblər və nüvə sazişinin qüvvədə qalmasının beynəlxalq və regional təhlükəsizlik üçün prinsipial əhəmiyyət kəsb etdiyini vurğulayıblar.  

Prezidentlər Suriyada vəziyyətin gərginləşməsindən də narahat oldulqarını qeyd ediblər. 

Ərdoğan həmçinin Putini Böyük Vətən Müharibəsində Qələbənin 73 illiyi və prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib.