Paşinyandan şok addım - Sarkisyanın tərəfinə keçir

11 May, 2018 14:18 | Siyasət | Baxış sayı: 1395
Nikol Paşinyan
Nikol Paşinyan

Erməni inqilabından ilk narazılıqlar başladı

Yeni seçilmiş baş nazir Nikol Paşinyan Ermənistan polisinə rəhbər vəzifəsinə İrəvan polisinin rəis müavini Valeri Osipyanı təyin edib.

İstiPress-in məlumatına görə, Nikol Paşinyan öz “Facebook” səhifəsində məlumat verib.

O, həmçinin milli təhlükəsizlik xidmətinə rəhbər qurumun İrəvan bölməsinin rəisi Artur Vanetsyanı təyin edib. O bu təyinatla köhnə düşmənlərin “eyni barrikada arxasına keçməsinə” nail olduğunu bildirib.

Serj Sarkisyanın Nikol Paşinyanı nümayişkəranə tərk etdiyi görüş
Serj Sarkisyanın Nikol Paşinyanı nümayişkəranə tərk etdiyi görüş

Bu, erməni şərhçilər tərəfindən çox mənfi qarşılanıb. Məsələn, erməni şərhçi Sarqis Arsruni “1in.am”da yazdığı məqalədə bunu ən uğursuz kadr təyinatı kimi dəfərləndirib: “Osipyanın təyinatı ilə bağlı Paşinyanın motivasiyası heç bir tənqidə sığmır. Bu məntiqlə “eyni barrikada arxasında olmaq üçün” bütün oliqarxları, saxtakarları şərəfləndirmək olar.

Valeri Osipyan erməni qadınlara divan tutur

Müəllif yazır ki, Valeri Osipyan erməni polisində etirazçılara qarşı ən amansız rəhbər olub. O, hətta qadınlara qarşı yol vergiyi zorakılıq və inkəncələrlə ad çıxarıb. Bundan əlavə, o, 2008-ci ildə müxalifət lideri Levon Ter-Petrosyanın evinin qarşısında yığışaraq onu təhqir edən “muzdulu kütləni” kordinasiya etməklə yadda qalıb.

Ehtimal edilir ki, bu cür addımlar Nikol Paşinyanı yavaş-yavaş bir vaxt mübarizə apardığı Qarabağ klanının qucağına atacaq və o, klanın lideri Serj Sarkisyanın qulbeçəsinə çevriləcək. Ola bilər ki, bəhs edilən təyiantları ona Xankəndidə Qarabağ klanının əsas fiqurlarından olan Bako Saakyan tövsiyyə edib. 

Bu cür addımlar isə Paşınyana inanan kütlələrin məyusluğuna səbəb olacaq və bundan sonra Ermənistanda xalq heç bir etirazçı siyasətçiyə inanmayacaq. Bu isə Rusiyanın Ermənistanı öz hərbi poliqonuna çevirmək arzusuna tam imkan yaradacaq.