Ermənistanın yeni müdafiə naziri

11 May, 2018 13:31 | Siyasət | Baxış sayı: 179
David Tonoyan - Ermənistanın keçmiş FHN rəhbəri, yeni müdafiə naziri
David Tonoyan - Ermənistanın keçmiş FHN rəhbəri, yeni müdafiə naziri

Sarkisyanın kadrı yeni vəzifədə

Ermənistanın yeni müdafiə nazirinin kimliyi məlum olub.

İstiPress-in "news.am"a istinadən verdiyi məlumata görə, baş nazir Nikol Paşinyan bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb. "Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq", - deyə N.Paşinyan hökumətin iclasından sonra bildirib.

Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı.