HHQ-nin helikopteri düşmənin hədəflərini belə məhv etdi VİDEO

11 Aprel, 2020 10:22 | Siyasət | Baxış sayı: 171
Helikopter bölmələri
Helikopter bölmələri

Helikopter bölmələri uçuş məşqləri keçirib

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.

Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.