Türkiyə NATO-dan çıxarılır - ermənilər bayram edir

11 Aprel, 2019 17:24 | Siyasət | Baxış sayı: 2117
S 400 raketləri
S 400 raketləri

NATO Qarabağda Ermənistanın tərəfini tuta bilər

NATO-danı çıxarılası olsa belə, Türkiyənin Rusiya S-400 raketlərindən imtinası qeyri mümkündür.

İstiPress-in məlumatına görə, bu barədə erməni şərhçi  Leonid Nersesyan “Regnum”da yazdığı məqaləsində bildirilir.    

“Bu faktdır ki, Türkiyə S-400-lər üzrə artıq müəyyən qədər ödəniş edib ki, bunun ümumi dəyəri (dörd divizion alınması üçün) 2,5 milyrd dollar  təşkil edir”,- deyə Nersisyan vurğulayıb.

Erməni ekspertin fikrincə, ABŞ bunun qarşılığında Türkiyənin radarlara görünməyən F-35 təyyarələri üzə proqramdan çıxarılacaq. Həmçinin, Ankara böyük iqtisadi çətinliklərlə üz-üzə qalacaq. ABŞ-ın Ankaraya “Patriot” raket sistemləri satması da sual altına düşür. Belə olan təqdirdə Ankara məcburi Rusiyadan Su-57 təyyarələri və əlavə S-400 sistemləri almalı olacaq. Yəni on milyardlarla dollar Rusiya hərbi sənaye kompleksinə veriləcək. Təkcə 10 ədəd F-35 təyyarəsi üçün ABŞ hərbi-sənaye kompleksi 10 milyard dollar itirəcək, çünki təyyarənin biri 100 milyon dollara başa gəlir. Üstəgəl, ABŞ Ankaraya bu təyyarlərin idarəedilməsi üçün 670 milyon dollarlıq xidmət avadanlığı da almalıdır.

Təbii ki, bu qədər vəsait itirən ABŞ Türkiyənin NATO-dan çıxarılmasına da nail olacaq. NATO bu fikirdədir ki, Türkiyənin S-400 raketlərini alması ilə F-35 təyyarələrinin görünməzliyi ortadan qalxacaq. Yəni bu, Türkiyənin bütünlüklə NATO sistemindən çıxarılmasını tələb edir ki, ermənilər bunun üçün düz 70 ilə yaxındır ki, dua edirlər.

NATO-nun əhatə dairəsi - 2018-ci il
NATO-nun əhatə dairəsi - 2018-ci il

Məsələ bundadır ki, Türkiyə 1952-ci ildə məhz Ermənistana görə girməyə məcbür olmuşdu. İkinci Dünya müharibəsindən sonra sovet rəhbərliyi Türkiyədən müəyyən əraziləri alaraq Ermənistan və Gürcüstan arasında bölməyə hazırlaşırdı - Qars və Ərdahan vilayətləri Ermənistana, Artvin vilayəti isə Gürcüstana birləşdirilməli idi. Yəni Lvov və Brestin Polşadan qoparılaraq Ukrayna və Belarusa birləşdirilməsi kimi bir əməliyyat olmalı idi. Lakin Türkiyənin NATO-ya daxil olması bunun qarşısını aldı. 

Buna görə, ermənilər Türkiyənin NATO-dan çıxması üçün daima dualar edirdilər. Onların fikrincə, Rusiyanın qarşısında təklənən Ankara qərbin dəstəyini də itirmiş olacaq və bu, Kremlin əli ilə Türkiyəyə istənilən zərbəni vurmaq üçün imkan yaradacaq.

Türkiyənin NATO üzvü olması Qarabağ məsələsində də ermənilərə mane olur. Məsələn, 2018-ci ilin iyul ayında NATO-nun Brüssael sammitində təşkilat Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı Azərbaycanın da ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdi ki, bu erməniləri çox məyus etmişdi. Halbuki, ermənilər gələcəkdə NATO-nun tərəfinə keçərək Qarabağ münaqişəsini Kosovo variantında həll edilməsinə ümid edirdilər ki, bu bəyanat həmin ümidlərin üçtündən xət çəkmişdi. Erməni hərbi ekspert Yervand Bozoyan həmin günlərdə “Sputnik”ə verdiyi müsahbəsində bunu Türkiyənin NATO üzvü olması ilə izah etmişdi.

Əgər ABŞ-la Türkiyə S-400-lər məsələsində anlaşmazsa, Türkiyə NATO-nu tərk edərsə, Azərbaycan qurumun bu dəstəyini də itirmiş olacaq. Yəni Azərbaycan Rusiyanın bütün istəklərini yerinə yetirsə belə, Qarabağ üzərində nəzarətini bərpa etmək istəyinə NATO tərəfindən maneçilik törədilə bilər. Kosovo problemi Serbiya üçün bu maneçiliyin nə ilə nəticələndiyini aydın göstərir - ruslar ölkəsi NATO raketləri ilə dağıdılan, ərazi bütövlüyü pozulan slavyan qardaşlarına heç cür kömək edə bilmədilər.