Rusiya BMT sənədinə veto qoydu

11 Aprel, 2018 08:28 | Siyasət | Baxış sayı: 51
BMT TŞ
BMT TŞ

TŞ isə Rusiyanın qətnaməsini geri qaytardı

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. TŞ-in daimi üzvlərindən Rusiya və Çin, habelə Efiopiya, Qazaxıstan və Boliviya qətnaməni dəstəkləyib. TŞ-in daimi üzvü olan 3 ölkə - ABŞ, Böyük Britaniya və Fransa, habelə Polşa “əleyhinə” səs veriblər. Altı dövlət bitərəf qalıb.     

Rusiyanın təklif etdiyi qətnamə layihəsi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının  (KSQT) mütəxəssislərinin kimyəvi silahdan istifadəyə dair iddiaları araşdırmaq üçün Suriyanın Duma şəhərinə yollanması planını dəstəkləyir. Sənəd münaqişə tərəflərindən ekspertlər qrupunun ölkə ərazisində normal fəaliyyəti üçün lazımi tədbirlərin görülməsini tələb edir.

Rusiya isə BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılmasının yeni mexanizminə dair qətnaməsinə veto qoyub. Qətnaməni  TŞ-in 12 üzvü sənədi dəstəkləyib, Rusiya (TŞ-in daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.