Berdiməhəmmədov Bakıda YENİLƏNİB

11 Mart, 2020 12:14 | Siyasət | Baxış sayı: 77
Təkbətək görüş
Təkbətək görüş

Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakıda səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə İlham Əliyevin təkbətək görüşü olub.

Daha sonra iki ölkə lideri geniştərkibdə görüş keçirib. 

Saat 10:24

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfər edib. Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha sonra onun rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.