Qarabağla bağlı yeni təklif - hamısı istefaya göndərilsin

11 Mart, 2019 10:00 | Siyasət | Baxış sayı: 358
Xankəndidə etiraz mitinqi
Xankəndidə etiraz mitinqi

Amerikalı politoloq bu təkliflə çıxış edib

Dağlıq Qarabağdakı bütün güc qüvvələrini uzaqlaşdırmaq və onlar haqqında cinayət işi açmaq lazımdır. Məşhur amerikalı siyasətçi belə düşünür. Amma bu haqda bir az sonra...

Ermənistanda Nikol Paşinyan hakimiyyəti ələ keçirdikdən sonra bir çox ekspertlər, xüsusi ilə əcnəbilər onun uzanan Qarabağ probleminin həlli ilə daha ciddi məşğul olacağını düşünürdülər. Birincisi, o Qarabağ klanı ilə heç cür əlaqəli deyildi. İkincisi, Azərbaycan, Türkiyə ilə sərhədlərinin bağlanması, Moskva ilə ancaq Gürcüstan yolu ilə əlaqə saxlanması, iranın isə sanksiyalar şəraitində o qədərdə perespektivli tərəfdaş kimi görünməməsi səbəbindən bu ölkənin iqtisadi vəziyyət pisləşməyə davam edir.

Ekspertlər qismən haqlı idilər. Düşənbədə, Sankt Peterburq, eləcə də Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasındakı qısamüddətli söhbətlərlə qarşılıqlı anlaşma barədə ilk addımlar atıldı. Artıq sirr deyil ki, separataçı rejim Ermənistanın hərbi, maliyyə yardımı sayəsində mövcudluğunu davam etdirir. Ermənistanın isə bu gün pula özünün çox ehtiyacı var.

Amerikalı politoloq Rey Salvatore Çenninqsin da bəyanatı bu məsələdə diqqətçəkəndir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinə separatçı rejimdəki bütün güc strurukturlarını işdən çıxarıb, cinayət işi açmalıdır. Ekspert düşünür ki, bu Ermənistana danışıqlarda çeviklik qazandıracaq.

Bu ideya birdən yaranmayıb. Xatırladaq ki, ötən ilin yayında Qarabağ əhalisi küçələrə çıxaraq etiraz ediblər. Onlar dinc əhaliyə hücum edən hərbçilərin cəzalandırmağı - onların istefasını tələb edirdilər. Elə o zaman siyasətçilər bildiriblər ki, aksiyaların siyasi nəticəsi olduqca ciddi ola bilər.

Ancaq Nikol Paşinyanın şəxsi müdaxiləsi, onun müraciəti sayəsində bu münaqişəni həll etmək mümkün oldu. Bundan sonra bir qrup hərbçi istefaya göndərildi.

İndi hərəkətə keçmək vaxtı gələndə Paşinyan birdən kolluqda gizlənməyə başlayıb. Politoqlolar hesab edirlər ki, o üzərinə məsuliyyət götürmək istəmir. Bunun üçün də tələb edir ki, danışıqlarda separatçıların da nümayəndəsi iştirak etsin.

Avropada artıq bildirirlər ki, Paşinyanın səsləndirdiyi bəyanat danışıqların pozitiv nəticələrinə ümidi azaldır. Öz reytinqinin azalması, eləcə də rəqiblərindən ehtiyat edən, nə Azərbaycan, nə ATƏT-in heç vaxt formatı dəyişməyəcəyini yaxşı anlayan Paşinyan nəinki özünü, həm də erməni xalqını tələyə salır.

Böyük ehtimal ki, yoxsulluqdan bezən erməni xalqı daha bir inqilaba qərar verəcək.