Türkiyə 5 əsgərin qisasını aldı - 101 ölü

11 Fevral, 2020 10:19 | Siyasət | Baxış sayı: 91
Türk hərbçisi
Türk hərbçisi

Əsəd rejiminin 115 mövqeyi hədəfə alınnıb

Türkiyə Suriyada öldürülən 5 əsgərinin qisasını aldı. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Müdafiə Nazirliyi Əsəd rejiminin 101 suriyalı döyüşçüsünü zərərsizləşdirib. Suriya ərazisində 115 məntəqə hədəfə alınıb. 

Bundan başqa Əsəd rejiminə məxsus 3 tank, 2 top, 1 helikopter məhv edilib. 

Xatırladaq ki, Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5 nəfər isə yaralanıb. Milli Müdafiə Nazirliyinin Mətbuat xidmətinin açıqlamasında qeyd edilir ki, İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb.