Prezident vaxt qoydu - apreldən...

11 Fevral, 2020 13:19 | Siyasət | Baxış sayı: 322
Koronavirus
Koronavirus

"Havalar isinəndə o da yoxa çıxacaq"

ABŞ prezidenti Donald Tramp dünyanı vahimə içərisində saxlayan koronavirusa vaxt qoyub. Amerikalı lider yaxın zamanda Çinin virusa nəzərət başlaya biləcəyinə inandığını deyib. Onun sözlrinə görə, aprel ayından sonra havalar isinəndə virus da yoxa çıxacaq. 

O, virusun mənbəyi hesab edilən Uhana Ümumdünya Səhiyyə Təşkilatının ən yaxşı mütəxəssisləri göndərdiklərini də deyib. "Çin ilə yaxından əməkdaşlıq etdiyimizi deyə bilərəm. Ora ən yaxşı mütəxəssislərimizi göndəririk". 

"Virususn Çinin ABŞ mallarını satın almasına təsir edəcəyinə inanmıram. Çin virusu yox etmək üçün çalışır. Biz də onlarla əməkdaşlıq edirik".

Xatrırladaq ki, koronavirus qurbanlarının sayı min nəfəri keçib. Çində onminlərlə insan xəstəliyə yoluxub. Xəstəlik Uhandan yayaılıb. Adıçəkilən şəhər başda olmaqla Çində bir neçə yaşayış məntəqəsi tamamilə karantin altına alınıb. Şəhərlərə giriş-çıxış bağlanılıb.