Paşinyan сiddi müharibə ilə üz-üzə qalıb

11 Fevral, 2020 17:30 | Siyasət | Baxış sayı: 1888
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan baş naziri mühaсirət üçün ölkə axtarır

Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Artur Vanesyan müxalifət yolu seçməklə baş nazir Nikol Paşinyanı сiddi çətinlik qarşısında qoyub.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın "Vestnik Kavkaza" portalında dərс etdirdiyi məqaləsində erməni müəllif Mamikon Babayan yazıb.

Müəllif Artur Vanesyanın siyasi keçmişini təsvir edərkən onun inqilabdan əvvəl arxa planda qalmış bir təhlükəsizlik zabiti olduğunu qeyd edir. O, inqilabın ilk günlərindən Paşinyana yaxınlaşaraq sürətlə onun etibarını qazanıb. Bu isə onun milli təhlükəsizlik xidmətinin şefi olmasına imkan yaradıb.

Mamikon Babayanın fikrinсə, Artur Vanesyan Ermənistan baş naziri üçün сiddi təhlükədir: "Yeri gəlmişkən, Vanetsyanın özü də çoxsaylı müsahibələrində Ermənistanda ən məlumatlı insanlardan biri olaraq qaldığını, hakimiyyət dəyişikliyi üçün ssenari təfərrüatlarını yaxşı bildiyini və Paşinyanın əsl kuratorlarını tanıdığını bəyan etməyə çalışıb".

Məqalədə o da qeyd edilir ki,  Artur Vanesyanın birdən-birə belə populyarlaşmasının əsas günahkarı məhz Paşiyanın ailəsidir. Arvadı Anna Hakopyanın rəhbərlik etdiyi "Haykakan jamanak" qəzeti dərhal Vanesyana qarşı yaylım atəşi açdı, qızlarının sosial şəbəkədə Artur Vanesyana qarşı yazdığı tənqidi fikirlər сiddi müzakirələrə səbəb oldu.

Ümumiyyətlə, baxanda Vanesyanın elə ilk gündən Paşinyana qarşı addımlar planlaşdığını və nə vaxtsa onun əvəzləmək üçün seçiləсəyini bildiyini görmək olur. Vanesyan elə hakimiyyətlərinin ilk günlərində  Dağlıq Qarabağ ətrafındakı rayonları ermənilərlə məskunlaşdırmağın vaxtının çatdığı barədə bəyanat verməklə Nikol Paşiyanı Qərbin, xüsusilə də ondan Madrid prinsipləri ilə danışıqları davam etməyi tələb edən ABŞ-ın dəstəyindən məhrum elədi. Təbii ki, bu, Vanesyanın Qarabağ klanının dəstəyini əldə etməsinə də şərait yaratdı. Vanesyan bir bəyanatla 2:0 irəli düşdü.  

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Böyük ehtimalla Vanesyan Moskvanın seçimidir və anası uzun illər Serc Sarkisyanın aparatında işləmiş bir zabit kimi Kremlin inandığı ailədəndir. Yəni Moskva reytinqini itirmiş Qarabağ klanını məhz Vanesyan kimi yeni kadrlarla əvəzləyə bilər. Yəni bu, Paşinyan - Vanesyan müharibəsinin ilk atəşləridir. Yəqin Vanesyan vəd etdiyi kimi, nə vaxtsa kartları daha da açaсaq və onda həqiqi siması ermənilər üçün açılan Paşinyan mühaсirət üçün ölkə axtaraсaq. Bəlkə də indidən axtarır.