Şoyqu təcili Türkiyəyə gedib

11 Fevral, 2019 14:42 | Siyasət | Baxış sayı: 109
Sergey Şoyqu
Sergey Şoyqu

Regional münaqişələr müzakirə ediləcək

Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün Türkiyəyə rəsmi səfər edib. 

İstiPress "Zvezda"ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü Rossiyana Markovskaya bildirib. 

Onun sözlərinə görə, Hulusi Akarın dəvətilə Ankaraya gedən Şoyqu səfər çərçivəsində türkiyəli həmkarı ilə İdlib başda olmaqla Suriyadakı vəziyyət müzakirə edəcək.

Rusiya müdafiə naziri Sergey Şoyqunun Türkiyə səfəri birgünlük olacaq.