Madurodan şok həmlər - 5 gün davam edəcək

11 Fevral, 2019 09:03 | Siyasət | Baxış sayı: 155
Maduro təlimdə
Maduro təlimdə

Ölkə tarixinin ən böyük təlimi başladı

Venesuellada ölkə tarixinin ən böyük hərbi təlimləri başlayıb. İstiPress-in məlumatına görə, "Anqostura-200"  adlanan təlimlər 5 gün davam edəcək. Ölkə prezidenti Nikolas Maduro təlimlərin açılışda şəxsən iştirak edib.

Prezident tədbirdə hərbçilərə müraciət edib. "Budur Silahlı Qüvvələrimiz buradadır, 200 ildir istiqlal üçün savaşan bir vətənin şərəfini və heysiyyatını qoruyan insanlar. Donald Trampda, təhdidləri də çölə".

Maduro hərbi avadanlıqlara baxış keçirib. O, hərbi texnikanı modernləşdirmək,  yeni texnika almaq üçün əlavə səmayə gərəkdiyini də qeyd edib. 

Təlim ABŞ-ın hərbi müdaxiləsi təhdidlərinin artdığı bir dövdə başlayıb və burada ordunun əməliyyat hazırlığı, polislə ortaq hərəkat test ediləcək.