İşdən çıxarılan general müşavir oldu

11 Fevral, 2019 16:10 | Siyasət | Baxış sayı: 237
Habil Məmmədov
Habil Məmmədov

Yeni nazirin əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı

Vergilər nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni  vəzifəyə təyinat alıb. 

İstiPress-in "unikal.org"a istinadən məlumatına görə, H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Xəbəri sayta Əmanətlərin Sığortalanması  Fondundan təsdiqləyiblər. 

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir. 

Xatırladaq ki,  Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.