Əfv Komissiyasında 200 müraciətə baxıldı

11 Fevral, 2019 18:57 | Siyasət | Baxış sayı: 93
Əfv olunan şəxslər (Arxiv)
Əfv olunan şəxslər (Arxiv)

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərin müraciətləri yer alıb

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. 

İstiPress-in məlumatına görə, bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 200 müraciətə baxılıb. Ə.Nuriyev bildirib ki, daxil olanlar arasında Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərin müraciətləri yer alıb. Yekun statistik nəticəni isə ancaq bütün müraciətlərə baxdıqdan sonra söyləmək mümkün olacaq. 

Novruzda əfv sərəncamının olub-olmayacağına gəlincə isə, komissiya üzvü qeyd edib ki, bunu istisna etmək olmaz, lakin sərəncamın verilməsi prezidentin konstitusion səlahiyyətlərinə daxil olduğu üçün son sözü də ölkə rəhbəri deyəcək.