Müavini Paşinyanın təzyiqini qaldırdı

11 Yanvar, 2019 12:35 | Siyasət | Baxış sayı: 75
Nikol Paşinyan
Nikol Paşinyan

Baş nazir Ermənistanda orqan mafiyasından qorxuya düşüb

Hökumətin iclasını keçirən Ermənistanın baş naziri Nikol Paşinyanın qəfildən təzyiqi artıb. Bu barədə erməni mətbuatı yazır. Buna səbəb isə müavini Ararat Mirzoyanın sözləri olub. Müavinin sözləri "şefi"nin kefinə soğan doğrayıb.

"Uşaqların övladlığa götürülməsi ilə bağlı verilən pullar aysberqin görünən tərəfidir. Biz övladlıq götürlüən uşaqların orqanlarının satılması kimi hallarla rastlaşırıq. O, cümlədən xaricdən. Bəzi ölkələrlə bağlı şübhələrimiz var". 

Bundan sonra Paşinyan özünü piss hiss edib. "Nə danışırsız? Belə hal qeydə alınıb?" deyə o müavininə sual verib. 

Lakin dərhal Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işə qarışıb və Paşinyanı sakitləşdirib. O, deyib ki, hər şey nəzarət altındadır və belə fakt qeydə alınmayıb.

Bundan sonra Paşinyan məmurlara şayiələrə yox, faktlara əsaslanan çıxışlar etməyə çağırıb.