"Din adından sui-istifadə edənlər olduqca təhlükəlidir"

11 Yanvar, 2019 11:21 | Siyasət | Baxış sayı: 34
Mübariz Qurbanlı-Dini qrurumlarla iş üzrə dövlət komitəsinin rəhbəri
Mübariz Qurbanlı-Dini qrurumlarla iş üzrə dövlət komitəsinin rəhbəri

Mübariz Qurbanlı dini radikalizmlə bağlı çəkilən filmlərə marağın artdığını deyib

"Radikal dini qruplar, din adından sui-istifadə edənlər olduqca təhlükəlidir".  Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: "Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Bəzi ölkələrdə hətta buna nail də olublar. Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən lazımi addımlar atılır".

M.Qurbanlının sözlərinə görə, dini radikalizmlə bağlı çəkilən filmlərə gənclərin marağının böyük olduğu müşahidə edilir.